Accessibility links

Amerika qüvvələrinin Türkiyəyə yerləşdirilməsi ilə bağlı qətnamə yenidən parlamentə təqdim edilə bilər - 2003-03-05


Türkiyə silahlı qüvvələrinin rəhbəri bildirib ki, ordu hökümətin İraqa qarşı mümkün müharibədə Birləşmiş Ştatlar əsgərlərinin Türkiyə bazalarından istifadəsinə yol verməsi qərarını müdafiə edir. Baş qərargahın rəisi General Hilmi Özkök bu gün bəyan edib ki, Tükriyənin istənilən müharibədə iştirakı kənarda qalmasından daha məqsədəuyğundur. Bu arada isə Türkiyənin hakim partiyasının lideri R.T. Ərdoğan dünən işarə edib ki, hökümət amerikan əsgərlərilə bağlı qətnaməni yenidən parlamentə təqdim etməyi planlaşdırır. Lakin bunun nə vaxt ediləcəyi aydın deyil.

XS
SM
MD
LG