Accessibility links

BMT-nin silahlar üzre baş müfəttişi Təhlükəsizlik Şurasına hesabat verdi - 2003-03-07


BMT Təhlükəsizlik Şurasının bugünkü toplantısında silahlar üzrə baş müfəttiş Hans Bliks təftiş barədə öz hesabatını təqdim etmişdir. Bliks öz çıxışında müfəttişlərə İraq tərəfindən ölkədəki müəssisələrdə təftişlərin keçirilməsi üçün imkanların yaradılmasını və nisbətən daha az çətinliklərlə üzləşdiklərini bildirib. Onun sözlərinə görə, İraqın müfəttişlərlə əməkdaşlıq etməsi, xaricdən göstərilən güclü təzyiqin nəticəsi ola biər.

“İraqda inkişaf etmiş inzibati sistem mövcud olduğuna görə, onun silahlar proqramı barədə daha da ətraflı mə’lumat təqdim etmək imkanı olmalıdır. İndiyədək bu kimi sənədlərin yalnız bir necəsi üzə çıxıb, və təftişin başlanmasından bəri müfəttişlərə təhvil verilib.”

Baş müfəttiş Bliks İraqda 1991-ci ildə bioloji və kimyəvi silahların məhvində iştirak etmiş mütəxəssislərin siyahısını müfəttişlərə təhvil verdiyini də açıqlamışdır. Cənab Bliks İraqın silahlar proqramı ilə bağlı mövcud bütün məsələlərin indiyədək həll edilmədiyini vurğulayaraq, Bağdadın tərksilah olduğunu təsdiq etmək üçün müəyyən müddətin tələb olunacağını bildirdi.

“Bunun üçün nə qədər vaxt tələb olunacaq? Təbii ki, tərksilah prosesi və bunun təsdiq edilməsi bir günün işi deyil. Buna müəyyən müddət tələb olunacaq. İllər yox, həftələr yox, aylar tələb olunacaq. Bundan əlavə, prosesin sona çatmasından sonra da müfəttişlərin İraqda müəyyən vaxt qalması tələb olunacaq.”

ABŞ prezidenti Buşun dünənki mətbuat konfransından sonra dünya Təhlükəsizlik Şurasının toplantısını böyük maraqla izləyirdi. İcalsda Birləşmiş Ştatların dövlət katibi Colin Pouel də iştirak edirdi.

XS
SM
MD
LG