Accessibility links

Ərəb ölkələrində iqtisadi inkişaf prosesinin ləng getməsinin səbəbləri nədir - 2003-03-08


Son bir neçə on il ərzində ərəb dünyasında müəyyən sahələrdə tərəqqi əldə edilsə də, BMT-nin regionla bağlı son hesabatının nəticələri ərəb ölkələrində ümumi inkişafla bağlı proseslərin bir o qədər sür’ətlə getmədiyini göstərir. Qərargahı Vaşinqtonda yerləşən “Qlobalist” internet jurnalının baş iqtisadçısı Deniyel Baxmanın fikrincə, bir sıra ərəb ölkələrində avtokratik hökumətlər region üçün ən’ənəvi gəlir mənbələrinin qarşısını alırlar.

“Bağdad və Dəməşq kimi şəhərlər keçən əsrlər boyu, son minillikdə ticarət mərkəzləri olmuşlar. Region uzun zamanlar bütün dünyada ticarəti inkişaf etdirmək ən’ənəsi yaratmışdır, regionun xalqları bu işi bilirlər, onlar puldan necə istifadə etmək, müxtəlif mədəniyyətləri təmsil edən adamlarla iş əlaqələrini necə yaratmağı bacarırlar. Bu, həmin adamların mədəniyyətinə xas bir cəhətdir.”

Lakin mütəxəssis qeyd edir ki, bu potensialdan həmişə yaxşı istifadə edilməyib. Məsələn, əgər 1950-ci illərdə Yaxın Şərqin bazar iqitisadiyyatından ən çox bəhrələnən bir region olacağını demək mümkün idisə, indi ötən illərə nəzərə salandıqda, məhz bu regionda ən aşağı inkişaf səviyyəsi müşahidə edilir. Nə üçün bu gün İraq deyil, Cənubi Koreya ən yüksək inkişaf səviyyəsinə çata bilib? Deniyel Baxmanın fikrincə, Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdə neft bu ölkələrin inkişaf kursunu müəyyənlədirən bir faktora çevrilmişdir. Onilliklər boyu neft bu ölkələrin çiçklənməsinə və hökumətlərin güclənməsinə gətirib çıxarmışdır. Lakin onlar öz ölkələrində azad cəmiyyətlər yarada bilməmişlər və bə’zən həssas neft bazarının dəyişmələrinə davam gətirə biləcək bazar münasibtələrini inkişaf etdirməmişlər. Misir kimi bə’zi ərəb ölkələrində isə müstəmləkəçilik quruluşu devriləndən sonra özəl sahibkarlarğın inkişafına imkan verməyən sosialist rejimi bərqərar olmuşdur. BMT-nin son hesabatına əsasən, Yəmən və Əfqanıstanda son 30 il ərzində ən az inkişaf müşadhiə olunur. Təhlilçilər hesab edirlər ki, ərəb ölkələri üçün təhsil prioritet olmalıdır. Yaxın Şərq məsələləri üzrə mütəxəssis Məhəmməd əl Momaninin fikrincə, ərəb dünyasında daha bir mühüm faktor vətəndaş cəmiyyətinin gücləndirilməsidir.

“Burada əhalinin yarısı potensial olaraq demək olar ki, çox böyük iqtisadi mənbə təşkil edir. Bu potensialdan nə qədər çox istifadə edilsə, vəziyyət bir o qədər yaxşı olacaq.”

Bu gün ərəb ölkələri dünyada baş vermiş informasiya inqilabından və qlobal iqtisadiyyatdan kənarda qalırlar. İnkişaf üçün yeni ideyaların qəbul edilməsi əsasdır. Bu məsələdə isə iqtisadçı Deniyal Baxmanın fikrincə, ərəb dünyasında fikir ayrılıqları mövcuddur. Bə’ziləri qlobal bazar münasibətlərinə qoşulub dünyada gedən proseslərə inteqrasiya etmək istəyirlər. Digərlərləri isə qərbin ərəb mədəniyyəti və ən’ənələrinə tə’sirindən qorxurlar. Vaqşintondakı Amerika universiteindən professor Mərvan Kraidi hesab edir ki, islahatlar ərəb ölkələrinin daxilində baş verməlidir, xaricdən gətirilməməlidir. Təhlilçilər hesab edir ki, qərb ərəblərin maraqlarını nəzərə alaraq bu ölkələrə uyğun islahatlar təklif etməlidir.

XS
SM
MD
LG