Accessibility links

BMT-nin model proqramı Amerika məktəblilərinə dünya problemlərilə yaxından tanış olmaq imkanı verir - 2003-03-08


Birləşmiş Ştatların hər yerindən orta məktəb şagirdləri bu yaxınlarda Nyu Yorkda BMT-nin model proqramında iştirak etmişlər. Proqramın mahiyyəti şagirdləri dünya problemlərinin həllinə cəlb etməkdən ibarətdir. BMT-nin model proqramının təcrübəli iştikraçısı, Kolumbiya universitetində siyasi elmləri öyrənən tələbə Qreq Hollander Suriyanın səfiri rolunda çıxış edir. Qreq Hollander deyir ki, proqramın detallarını yalnız bir neçə adam bilir. Çıxışlmaz vəziyyətləri həll etmək üçün BMT-nin, habelə iki ölkənin nümayənədləri rolunda çıxış edən şagidrlər təşkilatın xüsusi sessiyasını çağırırlar. Bu il proqramda iştirak edən 180 nəfər şagird həm də Argentinada iqtisadi böhranı və BMT-nin Narkotik maddələrin qaçaqmalçılğı ilə məşğul olan agetnliyinin bir neçə işçisini Kolumbiyada solçu qrup tərəfindən girov götürülməsi nəticəsində yaranmış böhranı həll etməli idilər. Proqram çərçivəsində “gənc diplomatlar” OPEK təşkilatı, habelə digər beynəlxalq təşklatlarla ələqəli iş aparaq, Bruneyin OPEK-ə üzvlüyü, ya da İraqla mümkün müharibənin dünya neft bazarına tə’sirləri məsələləri müzakirə edirdilər. Proqramda xarici ölkələrdən gəlmiş məktəblilər də iştirak edirdi. Monik Vulnou Kanadanın Toronto şəhərinin məktəblərinin birində təhsil alır. O, builki proqrdam OPEK üvlərinin görüşündə Əlcəzairin səfiri rolunda çıxış edir. Onu sözlərinə BMT-nin model proqramında əldə etdiyi təcrübə əvəzsizdir.

“Proses özü-özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə də, əvvəllər heç vaxt bu işlə məşğul adamları görüb onların çox təəssüf ki, həmişə sona qədər həll edilə bilməyən dünya problemləri haqda düşündüklərilə tanış olmaq baxımından bunun əhəmiyyəti böyükdür.”

BMT-nin “məktəbli nümayəndələri” böhranları həll etmək üçün müxtəlif layihələr hazırlayır, ümumi strategiyanın yaradılması ilə məşğul olurlar. Onlar tərəflərlə danışıqlar aparır, BMT-nin prosedurlarını öyrənirlər. Kolumbiya universitetində siyasi elmləri öyrənən Erika Debrin BMT-nin baş katibi rolunda çıxış edir. O, məktəblilər üçün bu proqramı alqışlayır.

“Yuxarı sinflərdə, əsasən, mühazirələri dinləyir, testlər hazırlayırsınız. Lakin BMT-nin bu proqramı çərçivəsində bütün məsələlərə tamamilə başqa bucaqdan baxmalısınız. Nümayəndələr gəlib öz ölkələrinin mövqeyini təqdim etmək əvəzinə, öz şəxsi görüşlərini bölüşürlər və başqa tərəfin mövqeyindən çıxış edərək dəlillər gətirməlidirlər. Materialı başa düşmək üçün kiminsə rolunda olmaq ən yaxşı vasitədir. Bundan başqa, bu, həm şagirdlər, həm də bizim üçün çox maraqlıdır. Ümud edirik ki, hamı burada nə isə öyrənə bilir,”

BMT-nin dünyanın modeli proqramının iştikraçılarının hamısı hələlik gələcəkdə kim olacağını bilmir. Amma həm Kolumbiya universitetinin proqramda iştirak edən tələbələri, həm də məktəblilər arasında artıq həyatını diplomatik fəaliyyətlə bağlayıb dünyanın problemlərinin həllilə məşğul olmaq istəyənlər var.

XS
SM
MD
LG