Accessibility links

Üsəma Ben Ladenin axtarışı davam edir - 2003-03-08


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri koalisiya qüvvələrinə qarşı hücum planlaşdırdıqlarından şübhələnilən 7 nəfəri nəzarət altına almışdır. Həbslər Üsama Bin Ladenin sərhəd bölgələrində aparılan axtarışı zamanı edilmişdir. Birləşmiş Ştatların hərbi nümayəndəsinin bildirdiyinə görə bu şəxslərin həbsinə kəşfiyyat mə’lumatları yol açmışdı. Nümayəndə onların Əl Qaidə ilə əlaqəsi olub-olmadığı barədə mə’lumat verməkdən imtina etmişdir. Qeyd edək ki, hazırda Pakistan-Əfqanıstan sərhədlərindəki dağlıq bölgədə Əl Qaidə liderinin axtarış əmliyyatı aparılır.

XS
SM
MD
LG