Accessibility links

Hebron yaxınlığında iki adam öldürülüb - 2003-03-13


İsrail qüvvələri tərəfindən fələstinli yaraqlı hesab edilən iki təhlükəszlik işçisi öldürülmüşdür. İnsident bu gün Hebron şəhəri yaxınlığındakı Pnei Hever yahudi yaşayış məntəqəsində baş vermişdir. İsrail hərbiçilərinin bildirdiyinə görə onlardan biri maşına minərkən dayandırılmağa çalışılan silahlı şəxs idi. Əsgərlərin maşını saxlama göstərişinə riayət etməməsindən sonra ona atəş açılmışdı. Hadisə yerindən qaçmağa cəhd edən ikinci şəxs isə vertolyotdan vurulmuşdur. İsrail ordusu hadisəyə görə təəssüfünü və hazırda istintaq aparıldığını bildirmişdir.

XS
SM
MD
LG