Accessibility links

Amerika hərbi gəmiləri Qırmızı dəniz istiqamətində hərəkət etməyə başlayıb - 2003-03-14


Birləşmiş Ştatların İraqla mümkün hərbi əməliyyatlar zamanı raket ata bilən hərbi gəmiləri Aralıq dənizinin şərqindən Qırmızı dəniz istiqamətində hərəkət edirlər. Rəsmi nümayəndələr Amerikanın hərbi gəmilərinin Süveyş kanalı boyu hərəkət etdiyini bildiriblər. Birləşmiş Ştatların təyyarə daşıyan iki gəmisi də daxil olmaqla, bütün 12 hərbi gəmi bu istiqamətdə hərəkət etdirilə bilər. Birləşmiş Ştatlar bu addımı Türkiyənin Amerika hərbi qüvvələrinə İraqa qarşı müharibədə ölkə ərazisindən istifadə etməklə bağlı indiyə qədər qərar çıxarmamasına görə atmalı olmuşdur. Bununla. Birləşmiş Ştatlar Türkiyənin indiyə qədər qərar verə bilməməsinə görə səbirsizlik nümayiş etdirir.

XS
SM
MD
LG