Accessibility links

Müharibə əleyhinə nümayişlər davam edir - 2003-03-16


Birləşmiş Ştatların başçılığı altında İraqa qarşı müharibəyə e’tirazlar davam edir. Bu gün İndoneziya və Yeni Zelandiya, habelə Avstarliyada nümayişlər keçirilmiş, şamlar yandırılmışdır. Dünən yüz minlərlə adamın iştirakı ilə müharibə əleyhinə nümayiş keçirilən Vaşinqtonda bu gün şamlarla yürüş keçiriləcək. Xatırladaq ki, dünən Asiya, Avropa, Yaxın Şərq və Latın Amerikası ölkələrində yüz minlərlə adam e’tiraz yürüşlərində iştirak etmişdilər

XS
SM
MD
LG