Accessibility links

İraq böhranının sülh yolu ilə həlli səyləri davam etdirilir - 2003-03-16


Bu gün Suriya prezidenti Bəşar Əl Əsəd İran prezidenti Məhəmməd Xatəmi və İranın ali ruhani rəhbəri Ayatolla Əli Xamenyi ilə danışıqlar məqsədi ilə Tehrana gedib. İraqa qarşı hərbi əməliyyatların əleyhinə olan bu iki ölkə böhranın BMT-nin Təhlükəszlik Şurası tərəfindən həll edilməli olduğunu bildirirlər. Bununla yanaşı Birləşmiş Ştatların xüsusi nümayəndəsi Vilyam Burns bu gün Qahirədə Misrin prezidenti Hüsnü Mübarəklə görüşüb, İraq məsələsini müzakirə etmişdir. Cənab Burns bildirmişdir ki, Amerika hələ də böhranın dinc yolla həllinin tərəfdarıdır. Lakin bunun vaxtı tükənməkdədir.

XS
SM
MD
LG