Accessibility links

İraqın təkr-silah  alternativləri - 2003-03-17


İraqın tərk-silahı üçün Amerikanın həbi əməliyyatlardan istifadə edilməsinə yaxınlaşdıqca biz qlobal təhlükəszlik və sülh üçün iki strateji alternativin mövcud olduğunu görürük. Birincisi, Buş administarsiyasının yolu ilə irəliləyib, siyasi qüdrətin digər bir erasına qayıtmaq, ikincisi isə bəlkə ən radikalı, son 50 il ərzində BMT-nin xartiyasına əsasən beynəlxalq qanunun aliliyi və kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsi yolunu seçməkdir.

Birinci alternativ Buş administrasiyasına daha asan görünüb, üstünlük verilən yoldur. Birləşmiş Ştatların tək və ya müttəfiqləri ilə bərabər İraqa müdaxilə edib, Səddam Hüseyn və Bə’as partiyasını hakimiyyətdən salıb İraqın yenidən qurulması və Şərqi Asiya regionunda qərb modelli bir quruluş yaradılmasıdır. Amerikanın bu necə deyərlər məcburi sülh yolu Şərqi Asiya və bəlkə də bütün dünyaya şamil edilə bilər. Prezident Buş bundan sonra şər mehvərinə daxil etdiyi digər iki- Şimali Koreya və İrana qarşı fəaliyyətə keçəcək. Amerika öhdəliklərinə əməl etmiş olsa, Şimali Koreya və İranda rejimləri dəyişib, kütləvi qırğın silahlarına malik olan başqa dövlətlərə də Buşun son doktrinası olan “pre-emptiv hücum”un onlara da şamil edilə bilməsini nümayiş etdirəcək. Bu alternativin xərcləri və xeyrinin nə olacağı bu başdan bəllidir. Xərclərə Avropanın aparıcı ölkələri, Rusiya, Çin və islam dünyasının uzaqlaşması, Amerikalılara qarşı artmaqda olan terror təhlükəsi və Birəşmiş Ştatların İraqın yenidənqurulması kimi maddi bir yükü daxildir. Bunun ən qorxulu tərəfi isə Amerika demokratiyasının polis dövlətinə çevrilə bilməsidir. Amerikanın müharibədə zəfər çalacağı aydındır. lakin bu, sülhün itirilməsi bahasına başa gələ bilər. Amerika siyasətçiləri xarici dövlətlərin qurulması sahəsində dar baxışlara malikdirlər. İraq Əfqanıstandan fərqli olaraq, geo-politik və etnik baxımdan daha mürəkkəbdir. Bu macəranın dəyəri artıq Amerikalılara mə’lum olmağa başlayan prezidentin Səddam Hüseynin öhdəsindən gəlməsinin ona 2004-cü il seçkilərində qələbə gətirməsidir.

Amma alternativ strategiya da mövcuddur. Bu isə Birinci və İkinci Dünya Müharibələrinin açı təcrübəsindən əldə edilən məsələnin dinc yolla həlli modelidir. Sentyabrın 11-i dünya siyasətinin yeni bir dövrünə başlanğıc olmuşdur. Terror və müharibə şəbəkələrinin müşayiət etdiyi yeni qlobal təhlükəszlik üçün qlobal qanunvericilik, məhkəmə və hüquq-mühafizə orqanlarına böyük ehtiyac duyulur. Sentyabrın 11-dən sonrakı dövrün sülh anlamına aşağıdakılar daxil edilməlidir: 1. Beynəlxalq ictimaiyyətin BMT-nin adı altında hərbi əməliyyatlara əl atan dövlətlərin girovundan qurtarmaq üçün sülhməramlı qüvvələr, 2. Terroçular və tiranlara qarşı mübarizə məqsədi ilə beynəlxaqll cinayət məhkəməsinin təşkili, 3.BMT-nin dövlətlər deyil, millətləri təmsil edən bir təşkilatına çevrilməsi. Fevral ayının 15-də keçirilən kütləvi e’tiraz aksiyaları sübut etdi ki, dünyada ictimai rə’y mövcuddur və bu eşidilməlidir. Hazırkı böhran bizə qlobal və milli təhlükəszlik haqda daha dərindən düşünməyimizə imkan yaradır. Bu sınaqdan üzüaçıq çıxmasaq, həyat boyu peşmançılığını çəkəcəyik.

Bu, Havayi Universitetinin professoru, TODA-qlobal sülh və araşdırma siyasəti institutunun direktoru Məcid Tehranianın “The İranian” və “World Editorial and International Law” səhifələrində dərc edilən məqaləsidir.

XS
SM
MD
LG