Accessibility links

Silah müfəttişləri Bağdadı tərk edirlər - 2003-03-17


BMT-nin silahlar üzrə baş müfəttişləri Birləşmiş Ştatların onlara İraqı tərk etməyi məsləhət gördüyünü bildirib. Məhəmməd Əl Baradei və Hans Bliks bildiriblər ki, ABŞ-in bu xahişi Prezident Buşun Britaniya və İspaniya dövlət başçıları ilə görüşündən bir-neçə saat sonra edilib. BMT-nin baş katibi Kofi Annan müfəttişlərin İraqdan çıxarılması barədə artıq qərar verib. Bir-neçə ölkə Bağdaddakı səfirliklərini bağlayaraq, öz vətəndaşlarına İraqı tərk etmələrini tövsiyyə edib.

XS
SM
MD
LG