Accessibility links

İraqa qarşı müharibəyə yol verilməməsi ilə bağlı son cəhdlər dayandırılmışdır - 2003-03-18


Ərəb Liqasının baş katibi Əmr Musa prezident Səddam Hüseynlə danışıqlar məqsədi ilə Bağdad səfərini təxirə salmışdır. Liqanın nümayəndəsi Hişam Yusifin Amerikanın səsinə bildirdiyinə görə qərar bü gün səhər Amerika prezidenti Corc Buşun İraq lideri və onun oğullarına 48 saat aərzində ölkəni tərk etmək və ya müharibəyə ilə üzləşmək şərtindən sonra verilmişdir. O, Əmr Musanın prezident Buşun ultimatumundan sonra belə müharibəyə yol verilməməsinə nail olacağına ümid etdiyini demişdir. Qeyd edək ki, Əmr Musa Bağdada qarşıdakı cümə günü yüksək səlahiyyətli ərəb diplomatlarının müşayiəti ilə getməli idi. Cənab Yusif Ərəb Liqasının prezident Buşun ultimatumunu rədd etdiyini və prezidentin beynəlxalq qanunlar xaricində hərəkət etdiyini demişdir. Ərəb Liqasının nümayəndəsi demişdir ki, ərəb dövlətləri bu son xəbərdarlığı qəbul edə bilməz və BMT-nin təhlükəszlik şuarsının 14-41 qətnaməsində heç bir vaxt möhləti irəli sürülmür. Baş katib Əmr Musa Yaxın Şərq xəbər agentliyinə verdiyi müsahibəsində demişdir ki, Amerika silah müfəttişlərinə yozlanışları üçün daha artıq vaxt verilməsi tələbini rədd etməklə BMT-nin təhlükəszlik şurasına hörmətsizlik göstərmişdir.

XS
SM
MD
LG