Accessibility links

Prezident Buşun ultimatumu çərşənbə günü tamam olur. - 2003-03-19


Prezident Buş İraq prezidenti Səddam Hüseyni və onun oğlanlarını İragı müharibə ilə üz-üzə qoymamaq üçün ölkəni tərk etmələrini tələb etmişdir.

İraq Parlamentinin bir neçə qanunvericisi İraq parlamentində çağırılan təcili sessiyada prezident Səddam Hüseynlə birlikdə qurban gedəcəklərini demişlər. Digər parlament üzvləri prezident Buşun Səddam Hüseynin və onun oğlanlarının ölkədən çıxmasa müharibəyə başlaması tələbini rədd etmişlər. Qanunvericilər bildirmişlər ki, onlar İraq lideri ilə birlikdə çiyin-çiyinə dayanacaq və torpaqlarını müdafiə edəcəklər. Parlamentin spikeri Sədun Həmadi İraq Parlamentini bir söz deməyə, bir cərgədə dayanmağa və Birləşmiş Ştatların ordusuna qarşı birlikdə vuruşmağa çağırmışdır. O deyib ki, İraqın müdafiəsində onlar liderləri ilə yan-yana durmalıdırlar. İraq parlamenti həmişə Səddam Hüseynin siyasətini dəstəkləmişdir. İragın informasiya naziri Məhəmməd Səid Kazin Əl-Sahaf İraq ordusunu ayağa qalxmağa və mübarizəyə hazır olmağa çağırmışdır. O, deyib ki, əgər Amerika ordusunun komandirləri bu müharibənin asan olacağını deyirlərsə, onlar öz əsgərlərini aldatmış olurlar. “Bu onların əsgərlərinə dedikləri boş yalandır. Onlar ölümlə üzləşəcəklər”.

Prezident Buşun Səddam Hüseynin və onun oğlanlarının İraqı tərk etməsi barədə son möhləti cümə axşamı, Bağdad vaxtı ilə səhər tamam olur.

XS
SM
MD
LG