Accessibility links

Vladimir Putin: İraqa qarşı müharibə regionda sabitsizliyə yol açacaq - 2003-03-21


Rusiyanın MDB dölətlərinin yüksək rütbəli təhlükəsizlik nümayəndələri ilə görüşən prezidenti Vladimir Putin Birləşmiş Ştatların başçılığı altında İraqa qarşı müharibənin MDB də daxil edilməklə, regionda sabitsizlik yaradacağını demişdir. Prezident Putin kollektiv təhlükəsizlik sazişinə üzv, keçmiş sovet respublikalarının nümayəndələrini bu gün Kremldə qarşılamışdı. Görüş zamanı prezident Putin Rusiyanın İraqa qarşı müharibəyə münasibətini bir daha açıqlamışdır. Prezident bunun ekstremizmi artacağı kimi gözlənilməz nəticələr verəcəyini demişdir. Rusiyanın xarici işlər naziri İqor İvanovun bildirdiyinə görə Rusiya və digər dövlətlər Birləşmiş Millətlər Təşkilatının qanuni məsələlər üzrə qanadından Amerikanın başçılıq etdiyi müharibənin qanuniliyi məsələsinin qaldırmasını istəyəcəklər.Cənab İvanov demişdir ki, Rusiya Birləşmiş Ştatların BMT-nin təsdiqi olmadan hərəkət etdiyini hesab edir. Rusiyanın xarici işlər naziri digər ölkələrlə birlikdə təklif irəli sürüləcəyini demiş, lakin təfərrüat verməmişdir. Təklif bu gün Rusiya parlamentinin aşağı palatası-Duma tərəfindən təsdiq edilmişdir.Prezident Putin Amerikanın müharibəsini böyük siyasi səhv adlandırmışdır. Rusiyanın xarici işlər nazirliyinin bundan əvvəl verdiyi bəyanatında deyilirdi ki, İraqa qarşı müharibə Şimali Koreyanın nüvə silahları proqramı ilə bağlı böhranın diplomatik yolla həllini çətinləşdirəcək.

XS
SM
MD
LG