Accessibility links

Ərdoğan rəsmi olaraq baş nazir vəzifəsində təsdiq edildi - 2003-03-23


Bu gün Türkiyə parlamenti “Ədalət və İnkişaf” partiyasının lideri Rəcəp Tayyb Ərdoğanın yeni hökumətinə e’timad səsini verdi. Cənab Ərdoğan rəsmi olaraq ölkənin baş nasiri vəzifəsində təsdiq oldu. Əksəriyyəti “Ədalət və İnkişaf” partiyasının üzvlərindən ibarət Türkyə parlamentində 360 qanunverici Rəcəp Tayyb Ərdoğana dəstək verdi, 162 millət vəkili isə onun əleyhinə səs erdi. Yeni vəzifədə hakim “Ədalət və İnkişaf partiyası”nın lideri və indi artıq baş nazir Ərdoğanı çox ciddi sınaqlar gözləyir və bunların başlıcası qonşu İraqla müharibə ilə bağlıdır. Onun rəhbərlik etdiyi partiya İraq böhranının həllinə görə ölkə daxilində kəskin tənqidlərlə qaşılaşmışdır. Türkiyənin uzun zamandır müttəfiqi olduğu Birləşmiş Ştatlarla İraqa qarşı müharibədə dəstək məsələsinə görə münasibətlərində gərginlik yaranmışdır. Bu ayın əvvəlində Türkiyə parlamenti Birləşmiş Ştatların hərbi qüvvələrinin Türkiyə ərazisindən İraqa qarşı hücum həyata keçirməsinə imkan verməyən qanun layihəsinə səs verdi. Parlament yalnız bu gün Amerika təyyarələrinin Türkiyənin hava ərazisindən istifadə etməsinə icazə verdi. Digər tərəfdən, Türkiyə hərbi qüvvələrinin İraqın şimalında kürdlərin nəzarəti altında olan ərazilərinə daxil olduğu haqda xəbərlər verilir.

XS
SM
MD
LG