Accessibility links

İraqın  Um-Qəsr şəhəri uğrunda döyüşlər gedir. - 2003-03-26


Birləşmiş Ştatlar və Britaniyanın UM-Qəsr liman şəhərinin koalisiya qoşunlarının əlində olduğunu dediklərinə baxmayaraq şəhərdə hələ də döyüşlər davam edir. İraqın informasiya naziri Seyid Əl-Səhaf müxbirlərə verdiyi mə'lumatında bildirib ki, koalisiya qüvvələri Um-Qəsrdəki döyüşlər haqqında propaqandalar aparırlar. Onlar Um-Qəsrdə gedən döyüşlər haqda xalqın fikrini yanıltmağa çalışırlar. Onlar deyirlər ki, artıq həm Um-Qəsri, həm də körfəzi nəzarət altına almışlar. Onlar həmçinin limanda gəmilərin tə'mir olunan yerləri və təchizatı ələ keçirdiklərini deyirlər. Lakin bu heç də belə deyil. İndiyə qədər onlar Um-Qəsr səhərinin içində deyillər və çox pis vəziyyətdədirlər. Cənab Səhaf müddəhid qüvvələri Nəsiriyyə şəhərinin cənubunda mülki əhalinin yaşadığı yerləri bombardman etməkdə ittiham etmiş və bildirmişdir ki, orada 200 ev dağılmış, 500 adam yaralanmışdır. Amerikanın rəsmiləri isə bildiriblər ki, onlar bu barədə tədqiqat aparırlar. Cənab Səhaf eləcə də İraq qüvvələrinin vəziyyətinin yaxşi olduğunu demiş və əlavə etmişdir ki, iraqlılar ancaq Səddam Hüseynin rəhbərliyi altında öz ölkələrini abadlaşdıracaqlar.

XS
SM
MD
LG