Accessibility links

Britaniyanın indiyədək 23 əsgəri həlak olub - 2003-03-29


İraq müharibəsində həlak olan 10 Britaniya hərbiçisinin cəsədi vətənlərinə aparılıb. Cəsədlər bu gün Britaniyanın müdafiə naziri Cefri Hun və Britaniyanın yüksək rütbəli hərbi nümayəndələri tərəfindən Briz Norton hava bazasında qarşılanıb. Bu 10 əsgərdən 8-i ötən həftə Birləşmiş Ştatların vertolyotunun Küveytdə qəzaya uğraması, ikisi isə iki gün sonra Tornado döyüş təyyarəsinin səhvən Patriot raketi ilə vurulması səbəbi ilə həlak olmuşlar. Qeyd edək ki, Britaniya müharibənin başlanğından bəri 23 əsgərin həlak olduğunu bildirir.

XS
SM
MD
LG