Accessibility links

Müharibəyə etirazlar dayanmır - 2003-03-29


Bu gün də dünyada minlərlə adamın iştirakı İraq müharibəsinə qarşı e’tiraz nümayişləri təşkil edilib. Cənubi Koreya, Malayziya və Banqladeşdə polis və nümayişçilər arasında toqquşmalar olduğu xəbər verilir. Cənubi Afrikanın Keyp Taun şəhərində keçirilən nümayişin 10 min iştirakçısı Amerika, Britaniya və İspaniya diplomatlarının ölkədən çıxarılmasını tələb ediblər. Almaniyanın Stutqart şəhərində Amerikanın Avropadakı hərbi qərargahı minlərlə sülh tərəfdarının yaratdığı insan zənciri ilə dövrələnmişdi. Fransanın xəbər agentliyi Sənaada 300 yəmənli qadının müharibə əleyhinə yürüşdə iştirak etdiyini bildirib. Çin hökuməti isə sabah Pekində nümayiş keçirilməsinə razılıq verib.

XS
SM
MD
LG