Accessibility links

Küveytdə Amerika əsgərlərinin üstünə maşın sürülüb - 2003-03-30


Bu gün Amerika əsgərlərinin Küveytdəki düşərgələrində bir yük maşınının bir qrup əsgər üzərinə sürülməsi nəticəsində 10 əsgərin xəsarət aldığı bildirilir. General Tommi Frank müxbirlərə bununla bağlı dəqiq məlumata malik olmadığını bildirmişdir. Hadisə dünən əsgərlərin üzərinə sürülən və 4-nün ölümü ilə nəticələnən maşın-kamikadze hücumundan fərqlidir. Xatırladaq ki, keçən həftə Küveytin şimalındakı bir düşərgədəki çadırlara qumbara atdığına görə bir əsgər həbs edilmişdi. Hadisə zamanı iki hərbi qulluqçu həlak olmuş, 11-i isə yaralanmışdı.

XS
SM
MD
LG