Accessibility links

Terror obyektləri dağıdılıb - 2003-03-30


Birləşmiş Ştatların hərbi komandiri general Tommi Frank İraqın şimalında terror obyektlərinin dağıdıldığını bildirib. Bugünkü brifinq zamanı general deyib ki, 48 saat sürən əməliyyatdan sonra koalisiya qüvvələri bazalarına qayıdıblar. General Frank heç bir təfərrüat verməsə də, Vaşinqon şimal bölgədə Əl-Qaidənın köməyi ilə Ənsar Əl-İslam qrupunu həmin obyektlərdə kimyəvi silahlar istehsal etməkdə günahlandırmışdı. Kürd yaraqlılarının da Ənsar Əl-İslam qrupu ilə döyüşdükləri xəbər verilir. Deyildiyinə görə onlar hazırda İranla sərhəd bölgələrdəki bir neçə kəndi nəzarətləri altında saxlayırlar.

XS
SM
MD
LG