Accessibility links

ABŞ hərbi təyyarələri şimalda İraqın mövqelərini atəşə tuturlar - 2003-03-31


İraq müharibəsinin şimal cəbhəsində Birləşmiş Ştatların hərbi təyyarələri Kalak yaxınlığında İraqın hərbi mövqelərini raket zərbələrinə məruz qoyublar. Bu reydlər İraq hökümətinin qüvvələrini cənuba doğru qaçmağa məcbur edib. Nəticədə kürd döyüşçüləri daha çox ərazini nəzarət altına ala biliblər. Şimalda ən böyük şəhər olan Mosulda bir neçə güclü partlayış baş olub. İraq qoşunları neftlə zəngin Kərkükdə cəmləşməyə cəhd edirlər. Bu arada, koalisiya qüvvələri kürdlərin nəzarətində altında olan ərazidəki Ənsər əl-islam terrorçu qrupuna məxsus hərbi düşərgədə axtarışı davam etdirilər.

XS
SM
MD
LG