Accessibility links

Koalisiya qüvvələri Bağdada daxil olurlar - 2003-04-05


Koalisiya qüvvələrinin bir nümayəndəsi deyib ki, ABŞ qoşunlarının bu gün Bağdadın mərkəzinə təşkil etdikləri hücumun məqsədi artıq Səddam Hüseynin şəhərə nəzarət etmədiyini nümayiş etdirmək idi. Koalisiyanın əməliyyatlar üzrə direktoru general mayor Jin Renuart deyib ki, koalisiya qüvvələri artıq Bağdadın yaxınlığındadırlar və onlar şəhərin arzu etdikləri hissəsinə daxil ola bilərlər. Bununla da onlar İraqın rəhbərliyinə xəbərdarlıq edirlər ki, özlərinin televiziyada şıxışında dediyi kimi, ölkəyə nəzarət etmirlər. Bu gün səhər onlarla ABŞ tankı və zirehli maşını İraqın paytaxtına daxil olub. General Renuart qeyd edib ki, Bağdadda xaos vəziyyəti mövcuddur və İraq qüvvələrinin şəhəri müdafiə imkanları zəifdir. Prezident Buş isə deyib ki, koalisiya qüvvələri Səddam Hüseyni hakimiyyətdən salmaq və İraq ordusunu tərksilah etmək üçün irəliləməyə davam edirlər.Cənab Buş deyib ki, müharibənin məqsədi ədalətlidir və kimyəvi qırğın silahlarının məhv edilməsindən ibarətdir.

XS
SM
MD
LG