Accessibility links

Avropa İraqın bank hesablarını dondurur. - 2003-04-06


Birləşmiş Ştatların rəsmi nümayəndələri deyirlər ki, onlar keçən ay Avstriyanın Maliyyə Nazirliyindən Səddam Hüseyn rejiminin təqribən 46 milyon dollar məbləğində bank hesablarının dondurulmasını xahiş etmislər. Birləşmiş Ştatların Xarici Əmlak Nəzarəti Üzrə Maliyyə Şö’bəsi İraq diktatoru ilə əlaqəsi olan hər bir şirkət, bank və şəxslər haqda mə’lumatlar toplayan bir qurumdur. İraq liderinin Avropadakı fondları onun İsveçrə ilə Avstriya birjalarında neftayırma şirkətlərinə sərmayə yatıran qardaşı tərəfindən idarə olunur. Avstriyanin Maliyyə Nazirliyii deyir ki, İraqlıların hesablarının dondurulması qərarı 1991-ci ildə BMT tərəfindən qəbul edilmişdir və hər bir müsadirə Bağdadda rejimin dəyişdirilməsini tələb edə bilər. Müsadirə yalnız Avstriyanın Maliyyə Nazirliyi tərəfindən edilə bilər. Avstriyanın Maliyyə nazirliyi bu hesabların Bağdadda yeni hökumətin yaranmasından sonra istifadə oluna biləcəyini deyir.

XS
SM
MD
LG