Accessibility links

İraq müharibəsində artıq 5 müxbir həlak olub. - 2003-04-06


Birləşmiş Ştatların N-B-C televiziya şirkətinin müxbiri 39 yaşlı David Bloom bu gün ağ çiyərindən qan axma nəticəsində İraqda vəfat etmişdir. O, İraq müharibəsi haqda N-B-C televiziyasında canlı verilişlər yayırdı. Verilən mə’lumatlara görə indiyə qədər İraq müharibəsində beş müxbir həlak olub. Onların arasında İranın ştatda olmayan və Britaniya televiziyasına işləyən tele-operator Kavə Gülüstan da var. Associated press bildirir ki, Tehranda Kavənin dəfn mərasimində minlərlə adam iştirak etmişdir. O, çərşənbə günü Şimali İraqda mina partlayışı nəticəsində həlak olmuşdur.

XS
SM
MD
LG