Accessibility links

Amerika qüvvələri Mosul şəhəri yaxınlığındadır - 2003-04-09


İraq qüüvələri Birləşmiş Ştatların xüsusı tə’yinatlı qüvvələri və şimaldakı kürdlər tərəfindən İraqin Mosul şəhərindən şimal-şərqdə yerləşən bir strateji təpədən çıxarılmışdır. Kürd rəsmiləri bildiriblər ki, koalisiya qüvvələrinin haca hücumlarına mə’ruz qalan İraq qüvvələri tərəfindən zəif müqavimət göstərilmişdi. Mosul şəhəri ətrafında hava müdafiə qüvvələrinin əsas silah və müdafiə mərkəzi olan bu təpəlik İraq qüvvələri tərəfindən ciddi qorunurdu. Neftlə zəngin şimal Kərkük şəhərinin də koalisiya qüvvələri tərəfindən bombardmanından sonra kürd qüvvələri şəhərə yaxınlaşırlar. Eyni zamanda Birləşmiş Ştatlar tanklarının Bağdadın mərkəzinə daxil olması və Səddam rejiminin dağılması xəbərini xalq kürd şəhərləri Suleymaniyyə və Ərbildə böyük sevinclə qarşılamış və küçələrdə rəqs etmişlər.

XS
SM
MD
LG