Accessibility links

Suriya ittihamları rədd edir - 2003-04-15


Suriya kimyəvi silahlara malik olduğu və İraqın yüksək səviyyəli rəsmi şəxslərinə sığınacaq verdiyini bir daha təkzib edib. Dəməşq höküməti bildirib ki, Amerikanın buna dair ittihamları İsrailin canlandırdığı dezinformasiya kampaniyasının bir hissəsidir. Dünən dövlət katibi Kolin Pauel Vaşinqtonun Suriyaya qarşı diplomatik və iqtisadi sankisyalar tətbiq edilməsini nəzərdən keçirdiyini bildirmişdi. Bu gün Britaniyanın xarici işlər naziri Cak Strou bildirib ki, Suriya ittihamlara təcili cavab verməklə terrorizmi dəstəkləmədiyini sübuta yetirə bilər. Bununla yanaşı, İspaniya Suriyanın dost ölkə olduğunu və hərbi hücuma məruz qalmayacağını bildirib. Türkiyə isə Birləşmiş Ştatların şübhələrini dəstəkləyən sübutları görmədiyini bildirib.

XS
SM
MD
LG