Accessibility links

Gizli bioloji laboratoriyaya malik olan alimin evinə basqın edilib - 2003-04-16


Birləşmiş Ştatların xüsusi tə’yinatlı qüvvələri və onlarla güclü silahlanmış əsgər bu gün səhər Bağdad sakini Rəhab Tahanın evinə basqın etmişlər. Birləşmiş Ştatların hərbi nünayəndəsinin dediyinə görə evdə sənədlərlə dolu bir neçə qutu tapılmış və sorğu-suala çəkilmələri üçün üç nəfər tutulub saxlanmışdır. Lakin “Doktor Mikrob” adı ilə tanınan alimin yeri hələ də bilinmir.Mikrobioloq Tahanın bu gizli laboratoriyada silahlarda istifadə edilə bilən qarayara maddəsi istehsal etdiyinə inanılır. Bu hücum Səddam Hüseynin yüksək səviyyəli elmi müşaviri general-leytenant Əmir Əl-Səidinin Amerika qüvvələrinə təslim olmasından 4 gün sonraya təsadüf edir. General İraqin geyri-qanuni kimyəvi və bioloji silahlara malik olmadığını bir daha tə’kid etmişdi.Birləşmiş Ştatların rəsmi nümayəndələri Səddam Hüseynin həqiqətən də bu kimi silahları məhv etmədiyinə dair sübut axtarır. Amerika nümayəndələri İraqda hələ də bir çox yerlərin yoxlanılmadığını, şübhəli yerlərdə yoxlanışlar aparıldığını və bu yoxlanışların vaxt aparacağını deyirlər.

XS
SM
MD
LG