Accessibility links

Daha bir jurnalist qətlə yetirildi - 2003-04-19


İordan çayının qərb sahilindəki Nablus şəhərində Fələstinin Assoşieyted Pressə işləyən jurnalisti İsrail qüvvələri tərəfindən qətlə yetirilib. Digər jurnalistlərin dediyinə görə fələstinlilərlə İsrail əsgərləri arasındakı toqquşmanı lentə alan jurnalist qrupu İsrail əsgərilərinin birbaşa atəşinə məruz qalmışdır. 45 yaşlı jurnalist Nazeh Darvaze başından aldığı güllə yarasından vəfat etmişdir. Darvazenin əynində üzərində “press”-“mətbuat” sözləri yazılmış sarı rəngli gödəkcə var idi. İsrail hadisə ilə bağlı təhqiqat aparıldığını bildirir. “Sərhədsiz müxbirlər” təşkilatının bildiridyinə görə Darvaze İsrail-Fələstin münaqişəsində son iki il ərzində öldürülən 4-cü müxbirdir.

XS
SM
MD
LG