Accessibility links

Atipik pnevmoniyadan 180 adam ölüb - 2003-04-19


Honk Konqdan alınan mə’lumata görə tənəffüs xəstəliyi olan atipik pnevmaniyadan bir gün ərzində 12 adam ölmüşdür. Beləliklə də Honq Konqda bu xəstəlikdən ölənlərin sayı 81-ə çatıb. Dünyada isə 180 adam xəstəliyin qurbanı olub. Hazırda minlərlə könüllü Honq Konqun küçələri, parkları, mağaza və evlərini təmizləməklə, bu tənəffüs xəstəliyi ilə mübarizə edirlər. Sinqapur böhranın ən ciddi tərəfi ilə üzləşəcəyindən ehtiyat edir. Vyetnam isə Çinlə şimal sərhədlərini bağlamaqla xəstəliyin yayılmasının qarşısını almağı nəzərdən keçirir.

XS
SM
MD
LG