Accessibility links

Poma papası xalqın Pasxa bayramını təbrik etmişdir - 2003-04-20


Roma Papası İkinci İohan Pavel bu gün pasxa bayramı münasibəti ilə Vatikanın müqəddəs Pyotr meydanında toplaşan 50 mindən artıq adam və milyonlarla televiziya tamaşaçısının izlədiyi çıxışı zamanı İraq və bütün dünyaya sülh diləmişdi. Meydandakı camaat bir səslə “İraqa sülh” sözlərini təkrar etmişlər. Roma Papası sonu görünməyən Fələstin-İsrail münaqişəsinin onu dərindən kədərləndirdiyini demişdir. O, terrorizm və nifrətə son qoyulmasına çağırmış, xristianlardan Afrika, Qafqaz, Asiya və Latın Amerikasının unudulmuş münaqişələrinin qurbanlarını yaddan çıxarmamalarını istəmişdir. 82 yaşlı Roma Papası xidmət müddətinin 25-ci pasxa mövsümündə 62 dildə təbrik söyləmişdi.

XS
SM
MD
LG