Accessibility links

Türkiyənin Xarici İşlər Nazirinin bəyanatı - 2003-04-20


Türkiyənin Xarici İşlər Naziri Abdullah Gül bu gün deyib ki, İraqın yenidənqurulması işlərini sür’ətləndirmək məqsədilə Ankara Birləşmiş Ştatların İraqda sülhün qorunması işinə yardım göstərməsi xahişinə razılıq verib və Vaşinqtona bu barədə bir neçə gündən sonra rəsmi mə’lumat verıləcək. Cənab Gülün bu bəyanatı Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinin Birləşmiş Ştatların hərbi komandanlığını Baqdadı su, elektrik və digər kommunal xidmətlərlə tez bir zamanda təmin etməyə çağırmasından sonraya təsadüf edir. Birləşmiş Ştatlar İraqın etnik, dini və siyasi qruplara yeni İraq hökumətini təşkil etmək üçün sponsorluq edir. Bu gün İraqın sürgündəki müxalifət qrupunun üzvü Məhəmməd Möhsün Əl-Zubeydi Baqdadda səlahiyyəti öz əlinə almaq üçün 22- nəfərdən ibarət bir komitə təşkil edildiyi barədə mə’lumat verib. Lakin qeyd etmək lazımdır ki, Səddam Hüseynin rejimi devrildikdən sonra, koalisiya qüvvələri hər hansı bir şəxsi, ya da qrupu Baqdadı idarə edəcəyini təsdiq etməyib. Birləşmiş Ştatların hərbi qulluqçuları Baqdadda nizam-intizamı qorumaq və komunal xidməti sahələrini bərpa etmək məqsədilə nəzarəti öz əllərinə alıblar və İraqın polisi ilə birlikdə ölkənin təhlükəsizliyinə nəzarət edirlər. Səddam Hüseynin harada olduğu bilinmir. Lakin Amerikanın hərbçiləri onun rejiminin üzvlərinin gizlətdikləri pulu aşkara çıxarıb. Birləşmiş Ştatların rəsmi şəxsləri deyirlər ki, bu pulu ölkənin yenidənqurulmasına sərf etmək üçün İraqın yeni hökumətinə təhvil verəcəklər.

XS
SM
MD
LG