Accessibility links

"Garabağ: Azərbaycan və Ermənistan sülh və müharibə prizmasından" - 2003-04-24


Ermənsi -Azərbaycan münaqişəsi barədə yeni kitabını təqdim edən britaniyalı jurnalist TOMAS DE VAL QARABAĞda MÜHARİBƏNİN DAYANDIĞINI, lakin hələ bitmədiyini söylədi. Onun ifadəsilə desək, Bu pis müharibə idi, Lakin yaranmış SÜLH ondanda pisdir. Bu konfliktin həll olunmaması üzündən Qafqazda vəziyyət mürəkkəb olaraq qalır. Təəshüf ki konflikt dünyada özünə layiq olan diqqəti tapa bilməyib.

AZƏRBAYCANIN ərzisinin böyük bir hissəsinin işğal olunduğunu, yüz minlərlə qaçqının sosial durumun ağır qaldığını qeyd edən müəllif Azərbaycanda ciddi sosial problemlərin yarana biləcəyindən danışdı.

Ermənistana gəldikdə isə britaniyali jurnalist bu ölkənin UÇURUMA doğru GETDİYİNİ dedi. Rəsmi Yerevanın rəqəmlərinə əsasən Ermənistanın əhalisinin sayı 3 milyondur. Lakin realllıqda bu rəqəm hardasa 2 milyona yaxındır. Bu isə Ermənistan əhalisinin az qala 3-də birinin mühacirət etməsindən xəbər verir. Müəəlifin fikrincə- bu dünya miqyasında misli görünməmiş bir mühacirətdir.

Tomas De Valın regionda qərbin müdaxiləsinə və vasitəçiliyinə hələ də böyük ümidlərin bəsləndiyini bildirdi. Lakin eskpertlər münaqişə edən tərəflərinin bir birinə güzəştə getməyə hazır olmadığına işarə edərək bu problemə beynəlxalq icmayyət arasında marağın azadlığını bildirirlər. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin Kipr problemi kimi dondurlmuş, həlli tapılmayan konfliktə çevirilmək təhlükəsi yaranıb.

Bu arzuolunmaz tendensiyanı keçmiş Amerikalıı diplomat Atət minsk qrupundakı Amerikanın nümayəndəsi olmuş səfir Cozef Pressel də təsdiq etdi. O etiraf etdi ki, problemlə məşğul olduğu illərdə onun üçün ən çətin vəzifə Vaşinqtonun münaqişəyə marağının qorunub saxlanmasından ibarət idi. İNDİNİN ÖZÜNDƏ DƏ ABŞ-da məsələyə maraq o qədər də böyük deyil. 11 sentyabır hadisələrindən və İraqdakı müharibədən sonra dünya yeni prioritetlərə doğru hərakat edir. Lakin Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç hesab edir ki, öz aralarında problemlərin qalmasına baxmayaraq vəsitəçilər üçün yeni imakan yaranıb.

SNDBİTE

KOZLARİAÇ: İndi Amerika, Rusiya və Fransa beynəlxalq məsələlərlə ciddi şəkildə məşğul olmaq niyyətlərini nümayiş etdirməlidirlər. Qarabağ konflikti isə ciddi beynəlxalq problemdir.

Tomas de Val isə Qərbin marağı üçün strateji səbəb kimi NEFTİ qeyd etdi. tikintisinə 4 MİLYARD DOLLARA YAXIN kapital XƏRCLƏNƏCƏK BAKI-TBİLİSİ-CEYHAN neft kəmərinin QARABaĞ CƏBHƏSİNİN 30 KİLOMETRLİYİNDƏN KEÇƏCƏK. VƏ MÜHARİBƏ YENİDƏN QIZIŞDIĞI TƏQDİRDƏ beynəlxalq LAYİHƏNİN REALLAŞMASI təhlükə altında QALA BİLƏR.

Tomas De Val HESAB EDİR Kİ, bu konflikt həll edilməyənə qədər regionda yaxşılığa doğru inkişaf olmayacaq.

Konflikt həll edilməMİŞ qaldıqca günbə gün müharibənin yendiən başlanması təhlükəsi də artır. VƏ mən əminəm ki, Qarabğ uğrunda yeni müharibə başlasa, bu müharibə əvvəlkindən də dəhşətli olacaq.

Amerikanın səsindən ANS üçün kənan kazımoğlu

XS
SM
MD
LG