Accessibility links

BMT-nin sülhümühafizə qüvvələri Kiprdə keçid məntələrində qayda-qanun yaratmağa çalışırlar - 2003-04-25


BMT-nin sülhümühafizə qüvvələri Kiprdə yunan və türk hissələrinin sakinlərinin bölünmüş adanın bir tərəfindən o biri tərəfinə keçməsilə əlaqədar yaranmış vəziyyəti tənzimləməyə çalışırlar. Rəsmi nümayəndələr Kiprin yunan və türk icmalarının polis nümayəndələrinin qayda-qanun yarada bilməməsindən sonra sülhümühafizə qüvvələrini çağırmaq qərarına gəlmişlər. Yüzlərlə Kipr türkü adanın yunan hissəsinə problemiz daxil ola bilmişdir. Nikosiyada yoxlama məntəqəsində dayanmış maşınlar uzunluğu bir neçə kilometrə çatan növbə yaratmışlar. Türk icmasının nümayəndələri yunan tərəfə piyada keçmişlər. Buna səbəb yunan tərəfin onların sürücülük vəsiqəsini tanımaması olmuşdur.

XS
SM
MD
LG