Accessibility links

Çində atipik pnevmoniya ilə mübarizə gedir - 2003-04-25


Çinin rəsmi nümayəndələri atipik pnevmoniyanın yoxlanılması üçün ölkənin iki əsas şəhəri Pekin və Şanxaya gedən yollarda bəndlər qoyublar. Şəhər sakinlərinin bildirdiyinə görə, onların şəxsi avtomobilləri bu istiqmətlərdə gedən yollarda saxlanmışdır. Bu addım hökumətin xəstəliyin qaşısının alınması üçün gördüyü tədbirlərin bir hissəsini təşkil edir. Pekində daha bir xəstəxananın qapısı möhürlənmişdir və rəsmi nümayəndələr atipik pnevmoniya virusunun mövcud olduğu ehtimal edilən beş min nəfərin öz evlərində, ya da xəstəxanalarda karantində qaldıqlarını söyləyirlər. Tayvanda rəsmi nümayəndələr Hon-Konqa və Pekin də daxil olmaqla, Çinin bə’zi ərazilərinə yola düşəcək adamlara viza verilməsini qadağan etmişlər.

XS
SM
MD
LG