Accessibility links

Buş Yaxın Şərq sülh prosesində tərəqqiyə inanır - 2003-04-25


Prezident Bush bildirib ki, Fələstinin yeni tə’yin olunmuş baş naziri Mahmud Abbasın işə başlaması Yaxın Şərq sülh prosessin canlanmasına təkan verəcək. Corc Bush Mahmud Abbasın sülh tərəfdarı olduğuna inandığını deyib. Prezident Bush habelə qeyd edib ki, o, cənab Abbasla “sülhə dair yol xəritəsi” çərçivəsində işləməsini gözləyir. Sülhə dair yol xəritəsi, 2005-ci ilədək Fələstin dövlətinin qurulmasını nəzərdə tutur. İspaniyanın bir qəzeti Yasir Ərafatın Fələstin hökümətinin başçısının təyin edildiyi bir vaxt dərhal planın açıqlanmasını və həyata keçirilməsini çağırdığını yazıb.

XS
SM
MD
LG