Accessibility links

Bağdadda silah anbarında güclü partlayışlar olub - 2003-04-26


Bağdadda hakimiyyətdən devrilmiş Səddam Hüseyn rejiminin silah anbarında bir sıra partlayışların baş verməsi nəticəsində onlarla adamın həlak olduğu və yaralandığı bildirilir. Silah anbarının yaxınlığında yerləşən Amerika əsgərləri deyirlər ki, partlayışıların səsi təxminən 8 kilomert məsafədən eşidilirdi. Amerikanın 3-cü diviziyasının 11-ci mühəndis bölməsinin mayoru Gary Coker isə deyib ki, partlayış zamanı onun yerləşdiyi başqərərgah binasının pənçərələrinin şüşələri sınmışdır. Partlayışın baş verdiyi yerdən bir qədər aralı, indi Birləşmiş Ştatların hərbi qüvvələrinin istifadə etdiyi Rəşid bazası yerləşir. Hərbi mənbələr kiminsə anbarı atəşə tutduğuna inandıqlarını bildiriblər. Anbarda keçmiş hökumət ordusunun silahları və silah ehtiyatı saxlanılırdı. Amerikanın hərbi nümayəndələri deyirlər ki, partlayış bir saat davam etmiş, anbara yaxın olan binaların bir neçəsini dağıtmış və bə’zi binaların pənçərə şüşələrini sındırmışdır. Birləşmiş Ştatların hərbi qüvvələri partlayışdan dərhal sonra bölgədə təhlükəsizliyi gücləndirmişlər. Bağdadın bə’zi sakinləri bu partlayışa görə, Birləşmniş Ştatların hərbi qüvvələrini ittiham etmişlər. Digərləri isə Amerika əsgərlərini atəşə tutmuş və onlara daş atmışlar. Koalisiyanın hərbi qüvvələri Səddam Hüseynin rejimi devrildikdən sonra Bağdadda təhlükəsizliyi bərpa etməyə çalışır. Onlar həmçinin hakimiyyətdən devrilmiş rejimin yüksək vəzifəli rəsmi şəxslərinin axtarışlarını davam etdirirlər. Birləşmiş Ştatların rəsmi şəxsləri deyirlər ki, cümə günü İraqın keçmiş kəşfiyyat idarəsinin sədri Fərux Hicazini Suriyanın sərhəd məntəqəsinin yaxınlığında ələ keçiriblər. Ondan bir neçə saat əvvəl isə keçmiş baş nazirin müavini Tariq Əziz Birləşmiş Ştatların rəsmi şəxslərinə təslim olub.

XS
SM
MD
LG