Accessibility links

Kipr türkləri sərhəd keçidlərini yüngülləşdiriblər - 2003-04-29


Kiprin türk icmasının rəsmi nümayəndələri adanın türk və yunan hissələrinin sərhəddini keçmək üçün bir sıra məhdudiyyətləri aradan qaldırmışlar. Rəsmilər daha bir yoxlama məntəqəsinin açılacağını söyləmişlər. Buna səbəb sərhəd açılandan on minlərlə insanın bir ətərfədən o biri tərəfə keçməyə cəhd göstərməsi olmuşdur. Bundan başqa Kiprin türk icmasının rəsmiləri yunanlara türk hissədə üç günə qədər qalmaq icazəsi veriləcəyini demişlər. Bundan əvvəl, sərhəddi keçənlər həmin gün gecə yarıya qədər geri qayıtmalı idilər.

XS
SM
MD
LG