Accessibility links

Çin və ASEAN dövlətləri atipik pnevmoniyaya qarşı birgə mübarizə aparacaqlar - 2003-04-29


Asiya dövlətlərinin rəsmiləri Bangkokda keçirilən görüşləri çərçivəsində atipik pnevmoniya virusunun yayılmasının qarşısını almaq üçün görüləcək genişmiqyaslı tədbirləri açıqlayıblar. Çin, Hong Kong və cənub-şərqi Asiya ölkələri Assosiasiyasını təmsil edən rəsmilər bu xəstəliyə qarşı ciddi tədbirlərin görülməsini əks etdirən birgə bəyanat veriblər. Onların bildirdiyinə görə, bu tədbirlərə səyahət edənlərin yoxlanılması və virus barədə mə’lumatın bölüşüdürülməsi, habelə, atipik pnevmoniya qurbanlarına yardım etmək üçün birgə fondun təşkil edilməsi kimi addımlar daxil olacaq. Xəbər verildiyinə görə, bu fonda bir million dollar keçirməklə Çin Xalq Respublikası onun ən böyük donoru olacaq.

XS
SM
MD
LG