Accessibility links

Pauel tərəfləri danışıqlara başlamağa çağırır - 2003-05-01


Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel həm İsraili, həm də Fələstin rəhbərliyini Birləşmiş Ştatların dəstəklədiyi Yaxın Şərq sülh planı ilə bağlı danışıqlara başlamağa çağırıb. Dövlət katibi tərəfləri intihar bomba hücumları və buna cavab repressiv əməlləri bir kənara qoymağa çağırmış və demişdir ki, bunlar 2005-ci ildə Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan sülh prosesinə mənfi tə’sir göstərə bilər. Kolin Pauel bu açılqmaları Madriddə İspaniyanın xarici işlər naziri Ana Palaçio ilə görüşdə etmişdir. Dövlət katibi daha sonra demişdir ki, İraq və Fələstin rəhbərliyinin demokratiya yolunda sə’ylərini nəzərə alaraq, Yaxın Şərqdə bu istiqamətində dinamik inkişaf görür.

XS
SM
MD
LG