Accessibility links

Atipik pnevmoniyadan ölənlərin sayı artır - 2003-05-03


Çin Dünya Səhiyyə Təşkilatının ekspertlərinin atipik pnevmoniyadan səkkiz nəfərin öldüyü Tayvana səfər etmələrinə icazə verib. Keçmişdə Pekinin Kommunist höküməti Tayvanla Dünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatlar arasında biirbaşa əlaqələrin əleyhinə idi. Çin Xalq rRespublikasında daha 9 nəfərin atipik pnevmoniyadan öldüyü, 181 nəfərin isə xəstəliyə yoluxduğu xəbər verilir. Hong Kongda da 9 nəfərin öldüyü və 10 nəfərin isə yenicə xəstələndiyi xəbər verilir. Ümumdünya miqyasında Atipik pnevmoniya epidemiyasından 435 nəfər ölüb, 6000 nəfərin də infeksiyaya yoluxduğu xəbər verilir. Tələfatların əksəriyyəti Çin və Hong Kongda baş verib.

XS
SM
MD
LG