Accessibility links

Bingöldə axtarış əməliyyatı davam edir - 2003-05-03


Artıq üçüncü gündür ki, Türkiyənin zəlzələ baş vermiş Bingöl bölgəsində, kiminsə dağıntılar altından çıxarılcağı ümidləri azalsa da, axtarış əməliyyatı davam edir. Xatırladaq ki, dördmərtəbəli məktəb binası çümə axşamı baş verən zəlzələ nəticəsində dağılmışdı. Səlahiyyətli nümayəndələr 64 şagird və bir müəllimin cəsədinin tapıldığını deyirlər. 114 adam xilas edilmiş, ölənlərin sayı 150-i keçmişdir.

XS
SM
MD
LG