Accessibility links

Prezident Buş Avstraliyanın baş nazirini qəbul edib - 2003-05-03


Bu gün prezident Bush Avstraliyanın baş naziri Con Hovard ilə görüşüb, İraq müharibəsində Avstraliyanın göstərdiyi köməyə görə öz təşəkkürünü bildirib. Prezident Bush Avstraliya liderini Texasdakı rançosunda qəbul edib. Gözlənildiyi kimi onlar bu gün mətbuat konfransı keçiriblər. Amerika xalqına həftəlik radio müraciətində cənab Buş qeyd edib ki, Avstraliyanın İraqın raket qurğularının ələ keçirilməsində göstərdiyi köməyi və İraq qoşunlarının sərbəst hərəkətini dayandırması ABŞ qüvvələrinə Bağdada doğru hərəkət etməsində yardım edib. Prezident Buş deyib ki, bütün avstraliyalılar “İraqın Azadlığı” əməliyyatı zamanı Avstraliyanın hərbi dəniz, hava və xüsusi təyinatlı qüvvələrinin əməlləri ilə fəxr edə bilər. Amerika, onların köməyinə görə dərindən minnətdardır.Prezident Bush bildirib ki, hərbi müqavimətin göstərildiyi ərazilərdə sülh və sabitliyin bərqərar edilməsi də daxil edilməklə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın görməli işi çoxdur. Onun sözlərinə görə, koalisiya qüvvələri sabiq hökümət üzvlərini axtarıb-tapır, cənab Bush tərəfindən İraqın işğal edilməsinin ən böyük səbəbi kimi qələmə verilmiş kütləvi qırğın silahlarının axtarışını davam etdirir. Cənab Bush deyib ki, diktatorluqdan demokratiyaya keçid çətin olsa da, bütün cəhdlərə dəyər. Koalisiya qüvvələri, vəzifələrini yerinə yetirənədək orada qalıb, arxada azad İraqı qoyub gedəcəklər.

XS
SM
MD
LG