Accessibility links

İslam Kərimov tənqidlərə məruz qalıb - 2003-05-04


Özbəkistan przidenti İslam Kərimov Avropanın Yenidənqurma və İnkişaf Bankının Daşkənddə keçirdiyi illik yığıncağında ölkədə yol verilən işgəncələri qınamadığı üçün kəskin tənqidlərə məruz qalmışdır. Cənab Kərimovun çıxışı bunun əksi olaraq, Özbəkistanın 12 illik müstəqillik dövrü ərzindəki iqtisadi inkişafı, demokratik islahatlarına həsr edilmişdi. İnsan hüquqları təşkilatı “Human Rights Watch”un direktoru Kennet Rotun bildirdiyinə görə ötən il ərzində işgəncələr nəticəsində Özbəkistanda 8 ölüm hadisəsi qeydə alınmışdır. Cənab Rot Avropa bankının direktoru və Birləşmiş Ştatlardan iqtisadi, demokratik və insan hüququları sahəsindəki pozuntuların nə ilə nəticələnəcəyini Özbəkistana açıq şəkildə bəyan etmələrini istəmişdir.

XS
SM
MD
LG