Accessibility links

Soyuz gəmisinin beynəlxalq hey’ətinin üzvləri yerə qayıtdı - 2003-05-04


Soyuz kosmik gəmisinin iki Amerika və bir Rusiya kosmonavtından ibarət uçuş hey’əti sağ-salamat yerə qayıdıb. Gəmidən ayrılmış kapsul Qazaxıstanda enmə üçün müəyyən olunmuş yerdən yüz kilometr uzaq məsafədə, Aral gölü ətrafında düşmüşdür. Yerə salamat enən kosmonavtlarlarla kapsulun düşdüyü ərazidə radio əlaqəsi kəsilmişdir. Qazaxıstan paytaxtı Astanada hava limanında müxbirlərlə danışan Amerikalı astronavt Kennet Boversoks “yerə normal qayıdışdan sonra” hər şeyin qaydasında olduğunu deyib. Amerikalı astronavtlar Kennet Boversoks və Donald Petit, rusiyalı kosmonavt Nikolay Budarin vertolyotla Astanaya gətirilmiş və buradan Moskva ətrafındakı “Zvezdnıy Qorodok” kosmik tə’lim mərkəzinə yola düşmüşlər.

XS
SM
MD
LG