Accessibility links

İranın Nəzarət Şurası Prezidentin qanun layihəsini rədd edib - 2003-05-10


İranın Nəzarət Şurası cümə günü prezident Məhəmməd Xatəmi tərəfindən təqdim edilmiş qanun layihəsini qəbul etmədi. Şura bildir ki, bu qanun layihəsi İran İslam Respublikasının qanunları və konstitusiyanın pozulması deməkdir. Qeyd edək ki, layihə prezidentə ölkənin mühafizəkar ədliyyə idarəçiliyinə mane ola biləcək daha çox səlahiyyət verilməsini nəzərdə tuturdu. Prezidentə səlahiyyət verəcək bu qanun layihəsi sentyabr ayında təqdim olunmuşdu. O zaman Nəzarət Şurasının seçkilərdə namizədlərin yoxlanılmasının məhdudlaşdırılmasını nəzərdə tutan başqa layihələr də təqdim olunmuşdu. Şura bu qanunu aprel ayında rədd etmişdir. Hər iki qanun layihəsi prezident və onun islahatçı tərəfdarlarının Nəzarət Şurasının səlahiyyətlərini məhdudlaşdırmaq sə’yi kimi qiymətləndirilir. Nəzarət Şurası parlament tərəfindən təsdiq edilmiş bütün qanunları nəzərdən keçirmək hüququna malikdir. İslahatçıların İran parlamentində çoxluq təşkil etməsinə baxmayaraq, onların daha geniş siyası azadlıqların əldə edilməsi və mətbuat azadlığına dair səylərinə hökumətin digər strukturlarında olan mühafizəkarlar tərəfindən maneələr törədilir. Üzvlərinin seçilmədiyi nəzarət Şurası İranın Ali Ruhani lideri Ayatolla Əli Xameneyinin sərt xətt siyasətini təmsil edir. Ayatollah Ali Xameneyi həmçinin ölkənin ədliyyə idarəsi tərəfindən də dəstəklənir. Nəzarət Şurası və onu dəstəkləyənlər öz siyasətlərinə haqq qazandıraraq 1979-cu ildə baş verən İran İslam İnqilabının prinsiplərini mühafizə etdiklərini deyirlər.

XS
SM
MD
LG