Accessibility links

Səddam Hüseynə müxalif olan Ayatollah Bağir Əl-Həkimi İraqa qayıdıb - 2003-05-10


Ayatullah Məhəmməd Bağir Əl-Həkimi Bəsrə şəhərində minlərlə tərəfdarı qarşısında etdiyi çıxışında İraqlıları müstəqil hökumət təşkil etmək üçün birlikdə fəaliyyət göstərməyə çağırıb. O, xaricilərin təşkil edəcəkləri hər hansı bir hökuməti tanımayacağını, yalnız şəriətə əsasən bir respublikanın təşkilini dəstəkləyəcəyini bildirib. Lakin o, İraqda təşkil etmək istədiyi hökumət quruluşunu İranın sərt-xətt tərəfdarı ruhani hökumətilə müqayisə etməyi rədd edərək deyib ki, İraq hökumətini İraq xalqı seçməlidir. 60 yaşlı ayatullah Məhəmməd Bağir Əl-Həkim 1980-ci ildən bəri İraq İnqilabı Ali Şurasının sədridir. 1980-ci ildə Səddam Hüseynə ciddi müxalif olduğu üçün İraqı tərk edərək İrana getmişdi. Onun İranın ruhani hökumtilə yaxından əlaqəsi var və onun başçılıq etdiyi hərbi cinah olan Bədr briqadası Birləşmiş Ştatların İraqdakı hazırkı roluna qarşı çıxış edir. Bu da Vaşintonu narahat edir. Birləşmiş Ştatlar İranda olduğu kimi, İraqda da dinə əsaslanan bir rejimin hakimiyyət başına keçməsini istəmir. Birləşmiş Ştatlar İraq xalqının bütün dini və etnik qrupların iştirakı ilə azad və ədalətli seçkilərin keçirilməsi nəticəsində demokratik bir hökumətin təşkilini dəstəkləyir.

XS
SM
MD
LG