Accessibility links

Yuqoslaviyanın daha bir müharibə cinayətkarı ələ keçirildi - 2003-05-17


12 il əvvəl Xorvatiyada 200 adamın qətlində günahlandırılan Yuqoslav ordusunun keçmiş zabiti Miroslav Radiç Haaqanın müharibə cinayətləri məhkəməsinə təhvil verilmişdir. Radiç Belqraddan Hollandiyaya gedərkən ələ keçirilmişdir. Haaqanın rəsmi nümayəndələri onun məhkəməyədək yaxınlıqdakı təcridxanada saxlanacağını bildirirlər. Keçmiş ordu kapitanı Radiç 1991-ci ildə Vilkovar şəhərində həyata keçirilən qətl hadisələrində günahlandırılır.

XS
SM
MD
LG