Accessibility links

Mərakeşdə silsilə bomba partlayışları həyata keçirilib - 2003-05-17


Dünən gecə Mərakeşdə bir sıra bomba partlayışları nəticəsində 40 adam həlak olmuş, 60-a yaxın insan yaralanmışdır. Kasablankanın yahudi icması mərkəzi, mehmanxana, Belçika konsulluğu və İspaniyanın mədəniyyət mərkəzində baş verən partlayışların hamısı eyni vaxta təsadüf etmişdi. Bunlardan bir az əvvəl isə Kasablankanın yahudi qəbiristanlığı yaxınlığında partlayış olmuşdu.Mərakeşin rəsmi xəbər agentlyinin mə’lumatına görə ölənlərdən 10-u kamikadze idi. Agentlik hamısı mərakeşli olmaqla 3 nəfərin nəzarət altına alındığını bildirib. Mərakeşin hökumət nümayəndəsinin bildirirdiyinə görə insidentlərin hamısının beynəlxalq terror təşkilatına aid olduğu guman edilir.Ən böyük tələfat əsasən 100 nəfər qonağın şam yeməyinə toplaşdığı İspaniyanın mədəniyyət mərkəzində qeydə alınmışdır. Belçika konsulluğundakı partlayış zamanı iki keşikçinin həlak olduğu xəbər verilir. Partlayışa səbəb maşına yerləşdirilmiş bomba olmuşdur. Yahudi mərkəzi və Fərəh otelindəki partlayışlara da maşına yerləşdirilmiş bombalar səbəb olmuşdu.Xatırdaq ki, bu həftənin əvvəllərində Səudiyyə Ərəbistanında baş verən partlayışlar 34 adamın ölümünə yol açmışdı. Əl-Gaidə təşkilatının günahlandırıldığı bu hadisə Yaxın Şərq, Şərqi Afrika və cənub-şərqi Asiyada terror təhlükəsinin artdığına işarədir.

XS
SM
MD
LG