Accessibility links

Fələstinin baş naziri İsrailin baş naziri ilə görüşəcək - 2003-05-17


Fələstinin baş naziri Mahmud Abbas Birləşmiş Ştatların dəstəklədiyi Yaxın Şərq sülh planını müzakirə etmək üçün yaxın saatlarda İsrailin Baş naziri Ariyel Şaronla görüşəcək. Fələstinin xarici işlər naziri Nabil Şaat bildirir ki, cənab Abbas cənab Şaronu yol xəritəsi adlanan sülh planını olduğu kimi qəbul etməyə inandırmağa çalışacaq. İsrailin baş naziri bazar günü prezident Buşla danışıqlar aprmaq üçün Vaşinqtona gedəcək. Sülh planı 31 aydır ki, davam edən fələstin üsyanına son qoyulmasını və 2005-ci ilə qədər İsraillə yanaşı Fələstin dövlətinin təsis olunmasını nəzərdə tutur. Fələstinilər bu planı qəbul ediblər. İsrail isə bir neçə məqamla razılaşmır.

XS
SM
MD
LG