Accessibility links

Amerika Kuba münasibətləri gərgin qalır - 2003-05-19


KUBANIN YÜKSƏK VƏZİFƏLİ rəsmi nümayəndəsi iddia edir ki, Buş administrasiyası agentlərə pul verməklə bu kommunist adada vəziyyəti gərginləşdirməyə cəhd edir. Amerikanın Səsindən Jessika Berman xəbər verir:

TEXT: Kuba parlamentinin prezidenti Ricardo Alarkonun ittihamı keçən həftə Nyu York və Vaşinqtondan 14 kubalı diplomatın çıxarılmasından sonraya təsadüf edir. Buş administrasiyası diplomatların casusluqla məşğul olduğunu bildirib.

ABC televiziya proqramının This Uik verlişində cənab Alarkon Amerikadan xaric edilən diplomatların casus olmasi faktını rədd edib. O bildirirb ki, Kuba Havanadakı Amerika diplomatlarına qarşı eyni ölçülər götürməkdən imtina edir.

RİCARDO ALARCON - Yoxə bunu etməyəcəyik, çünki bu onların oynadığı oyunun təkrarı olardı.

Birləşmiş Ştatlar və Kuba arasında münasibətlər yazdan bəri, Kubada disisdentlərə qarşı təyziqlərin artmasından sonra daha da pisləşib. Kommunist hökümət Birləşmiş Ştatlara bərəni qaçırmağa cəhd edən üç kubalının edam etmiş və Havanadakı amerika diplomatlarını kommunist sistemi zəiflətmək məqsədilə disidentlərlə gizli əlaqəyə girməkdə günahlandırmışdır.

ALARCON: Biz sadəcə amerika hökümətinin agentləri olan sizin vergiverənlərin milyonları ilə ödənilən bir neçə şəxsi həbs etmişik.

Cənab Alakon iki ölkə arasında gərginliyi azaltmaq üçün Kubaya qarşı iqtisadi sanksiyaları aradan qaldırmağa çağırırb.

ALARKON: AÇAR BİRLƏŞMİŞ ŞTATLARIN ƏLİNDƏDİR. KUBAYA QARŞI DÜŞMƏNÇİLİYƏ SON QOYUN.

BİRLƏŞMİŞ ŞTATLARIN BMT-dəki keçmiş səfiri BİL RİÇARDSON bildirir ki, kubanın rəsmi şəxslərinin dediklərinə baxmayaraq diktator Fidel Kastro amerika sanksiyaların qüvvədə qalmasını istəyir.

RİÇARDSON: O bunu daxildə siyasi məqsədlər üçün istifadə edir, və deyir ki, Amerika ona təyziq edir və buna görə də kuba xalqı onun ətrafında birləşməlidir.

Keçmiş respublikaçı konqresmen Nyut Qinqriç isə bildirir ki, 1960 -cı ildə tədbiq edilmiş iqtisadi embarqonun qaldırırlması Kuba iqtisadiyyatını və cəmiyətini demokratiyaya aça bilər. Lakin o əlavə edir ki, bir qayda olaraq diktaturlarla güclü iqtisadiyyatla devirilmir.

NYUT QİNQRİÇ- Mən hesab edirəm ki, biz aqressiv olmalıyıq, düzdür hərbi cəhətdən yox, biz azad insanlara azad seçkilərin verilməsində öhdəliklərimizdə aqressiv olmalıyıq.

XS
SM
MD
LG